Nokia 1680 classic - Sizin cihaz haqqında

background image

Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900 və 1800

şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkələr

barədə daha ətraflı məlumat üçün xidmət təminatçınızla

əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün

qanunlara riayət edin və müəllif hüquqları da daxil

olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və

qanuni hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin,

zəng signalları melodiyalarının və digər məzmunlu

funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və

ya köçürülməsinə mane ola bilər.

Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın

bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır.

Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə

telefonu işə salmayın.