Batareyanın doldurulması bə
boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin
vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyaları istifadə edin və batareyanızın doldurulması
üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon
üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları
istifadə edin.
Batareya ilk dəfə dəyişdirilərkən və ya batareya uzun
müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza
birləşdirmək, sonra ayırmaq və batareyanın
doldurulmasının başlanması üçün təkrar birləşdirmək
tələb oluna bilər.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu
elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya haqqında məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
48
Batareya tam boşaldıqda ekranda batareyanın
doldurulması indikatorunun peyda olması və ya zəng
edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç
vaxt zədələnmiş batareya və ya batareyanı dolduran
qurğu istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi
qısa Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm
kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və
mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər.
(Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.)
Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul
kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa
qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər
verə bilər.
Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti
və soyuq yerdə saxlanılması batareyanın keyfiyyətinə və
istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və
25°C (59°F və 77°F) arasında olan hərarət dərəcəsində
saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta
tam doldu olsa belə müvəqqəti işləyə bilmir. Batareyanın
iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə
xüsusilə məhdud olur.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda
atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb
ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv
Batareya haqqında məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
49
edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün
istifadə edin. Ev tullantısı kimi atmayın.
Elementləri, ya da batareyanı kəsmək, və ya sökmək
olmaz. Əgər batareyadan maye axsa, bu surətdə mayenin
dəri, və gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş
verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun,
ya da tibbi yardım axtarın.