Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq
məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən
təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına
yardım edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ
maye və rütubətin tərkibində eletron sxemlərin
korroziyasına səbəb ola biləcək minerallar ola bilər.
Cihazınız yaş olduqda batareyanı çıxarın və onu
yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
● Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və
saxlamayın. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
● Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur
elektron cihazların istehlak müddətini qısaldır,
batareyaları zədələyir və müəyyən plastik hissələri əyir
və ya əridir.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal
temperatura qayıtdıqda cihazın içində nəmlik yarana
bilər bə bunun nəticəsində elektron sxemlərin plataları
zədələnə bilər.
● Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
© 2008 Nokia. Bütün hüquqlar qorunur
53
● Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
● Cihazın təmizlənməsi üçün sərt kimyəvi
preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü
tozlardan istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
● Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları
kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru
parça istifadə edin.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenalardan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə
saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim
qeydləri kimi) surətini çıxarın.
● Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir,
bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya
Baxım və texniki qulluq
© 2008 Nokia. Bütün hüquqlar qorunur
54
hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən
səlahiyyətli xidmət şəbəkəsinə aparın.