Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və
ya düzgün mühafizə edilməmiş elektron yanacaq
yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz
sistemləri, elektron surət tənzimləyən sistemlər, hava
kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər.
Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona
əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə
əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə
bilər və cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu
quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza
tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə
səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz
avadanlığının düzgün quraşdırıldığını və işlədiyini
mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
58
partlayıcı maddələri cihazın, onun hissələrinin və
aksesuarlarının daşındığı bölmədə saxlamayın və
daşımayın. Hava balışı ilə təchiz edilmiş avtomobillərlərlə
bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir.
Hava balışının olduğu və ya açılacağı ərazıdə əşyaları, o
cümlədən quraşdırılmış və ya daşınan avadanlığı
yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın
düzgün quraşdırılmaması və hava kisəsinin şışməsi ciddi
xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir.
Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz
telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və
qeyri-qanuni ola bilər.